Bu il Azərbaycana neçə turist gəlib?

turist
turist
“Azərbaycanda daxili turizmdə ciddi artım müşahidə olunur. Ötən il ölkə daxilində 23 milyon səfər qeydə alınmışdısa, bu il göstəricinin 25 milyona çatacağı gözlənilir”.
Bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri, Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, daxili səfərlərin illik orta hesabla 40 faizi yay mövsümünə təsadüf edir:
“İyun-avqust ayları Azərbaycanda həm yerli, həm də xarici turistlərin ən çox səyahət etdiyi dövrdür. Hazırkı statistikaya əsasən, 7 ayda ölkəyə 1 milyon 478 min əcnəbi gəlib. Avqust nəticələri ilə bu rəqəmin 1 milyon 700 mini keçməsi proqnozlaşdırılır”.
Quluzadə əlavə edib ki, ötən illə müqayisədə 1-2 faiz azalma müşahidə olunur. Bu isə əsasən regiondakı geosiyasi dəyişikliklər və münaqişələrlə bağlıdır:
“Əsas bazarlarımızdan olan Rusiya və Hindistandan gələn turistlərin sayındakı azalma ümumi statistikanı da təsirləndirib. Yaxın Şərqdəki qarşıdurmalar isə uçuşların gecikməsi və səfərlərdə çətinliklər yaradıb. Hazırda digər bazarların – Orta Asiya, Qərbi və Şərqi Avropanın hesabına turizmin dayanıqlığı təmin edilir”.//Bizim.Media

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.