Dövlət Xidməti “Telegram” hücumlarını araşdırır

Telegram
Telegram
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) “Telegram” mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni kiberhücum dalğası ilə bağlı araşdırmaya başlayıb. 
AzPost xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir.
İlkin araşdırma nəticələri ilə bağlı Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış olmaq mümkündür.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.