Azərbaycanda 30-a yaxın assosiasiya yaradılıb- Aqrar sahədə çətinliklərin aradan qaldırılması üçün

Azərbaycanın kənd təsərrüfatı sahəsində çətinliklərin aradan qaldırılması üçün qısa müddət ərzində 30-a yaxın assosiasiya yaradılıb.

APA-Economics”in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və korporativlərlə iş şöbəsinin direktoru Araz İsmayılov deyib.

O bildirib ki, bu assosiasiyalardan 9-u İqtisadiyyat Nazirliyinin, 21-i Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə təsis olunub.

Onun sözlərinə görə, əsas məsələ kənd təsərrüfatı sahəsində assosiasiyaların yaradılması deyil, institutsional potensialın inkişaf etdirilməsidir.

“Assosiasiyaların daxilində də problemlər olur, sədr və üzvlər hamısı birlikdə toplaşmaqda çətinlik çəkirlər. Kənd Təsərrüfatı Nazirliyi olaraq, assosiasiyaların problemlərini dinləyir və problemlərə istiqamətlənmiş strategiyalar müəyyənləşdiririk. Əsas məsələlərdən biri də assosiasiyaların bilik və bacarıqların müasir standartlara yönəldilməsidir. Assosiasiyaların xidmət paketləri formalaşdırılmalı, maddi texniki baza inkişaf etdirilməlidir”, – deyə A. İsmayılov bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir