Kran magistral yola aşdı- Ölən və yaralananalar var

Tailandın paytaxtı Banqkokun ətraf ərazisində tikinti kranının sürətli avtomagistrala aşması nəticəsində iki nəfər həyatını itirib. AzPost xəbər verir ki, bu barədə yerli Manager Online nəşri məlumat yayıb.

Məlumata görə, hadisə şəhər kənarından keçən sürətli avtomagistralda baş verib. Tikinti meydançasında quraşdırılmış kran qəfil tarazlığını itirərək yolun üzərinə aşıb və həmin an magistral üzrə hərəkətdə olan iki minik avtomobilinin üzərinə düşüb. Nəticədə avtomobillərdə olan iki nəfər hadisə yerində ölüb.

Qəza zamanı daha bir neçə şəxsin xəsarət aldığı bildirilir. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb. Hadisə ilə əlaqədar magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb, əraziyə polis və xilasedici qüvvələr cəlb olunub.

Qeyd edək ki, bu, son günlər Tailandda tikinti kranlarının iştirakı ilə qeydə alınan ilk ağır hadisə deyil. Bundan bir gün əvvəl ölkədə oxşar qəza daha faciəli nəticələrə səbəb olub. Banqkokdan ölkənin şimal-şərqində yerləşən Ubonraçathani vilayətinə doğru hərəkət edən sərnişin qatarının üzərinə tikinti kranı aşıb. Həmin hadisə nəticəsində azı 22 nəfər həlak olub, 55 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.