Lavrovun “SSRİ” yazılı geyiminə Almaniyadan reaksiya

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun üzərində “SSRİ” yazısı olan geyimlə ictimaiyyət qarşısına çıxması Almaniyada müzakirələrə səbəb olub. AzPost xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius bu addımı tənqidi şəkildə dəyərləndirib.

Pistorius Almaniyanın Zeit qəzetində dərc olunan məqaləsində bildirib ki, Lavrovun 2025-ci ilin avqustunda Alyaskaya səfəri zamanı “SSRİ” yazılı geyimdə görünməsi təsadüfi deyil. Onun fikrincə, bu jest Rusiyanın dünyaya, xüsusilə də ABŞ-a ünvanladığı açıq mesaj kimi qəbul edilməlidir.

Almaniya müdafiə naziri qeyd edib ki, bu cür simvollar Rusiyanın hələ də Sovet İttifaqının dağılması ilə tam barışmadığını göstərir. Pistorius bunu “keçmişə qayıtmaq istəyinin əlaməti” kimi qiymətləndirərək, müasir Rusiya siyasətində bu yanaşmanın qalmaqda davam etdiyini iddia edib.

Sergey Lavrov isə deyilənlərlə razılaşmayıb. O bildirib ki, üzərində “SSRİ” yazısı olan geyim geyinməsi heç bir siyasi məna daşımır və Sovet İttifaqını bərpa etmək istəyi ilə əlaqəsi yoxdur. Nazir vurğulayıb ki, bu, sadəcə geyim seçimidir və burada gizli mesaj axtarmaq düzgün deyil.

Lavrovun sözlərinə görə, həmin görüş zamanı ABŞ tərəfi də onun geyiminə mənfi reaksiya verməyib. O əlavə edib ki, üzərində Rusiya imperiyasının rəmzi olan geyimləri də var, lakin bu, imperiyanı yenidən qurmaq niyyəti anlamına gəlmir, sadəcə ölkənin tarixinə olan şəxsi münasibəti ifadə edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.