Məşhur amerikalı reper D4vd (əsl adı Devid Entoni Börk) yeniyetmə qız Selest Rivas Hernandezi qətlə yetirib.
Azpost.info bildirir ki, 14 yaşlı qız reperi pedofiliyada ittiham etməklə hədələyirmiş. Prokurorların sözlərinə görə, o, qızı bıçaqlayıb və bədəni hissələrə parçalayıb.
Bundan əvvəl reperin qızı öldürmək ittihamı ilə həbs olunduğu bildirilirdi. Ona girov müqabilində azadlığa buraxılmamaları tələb olunub. 14 yaşlı Hernandez 2024-cü ildə ikən itkin düşüb.
Onun cəsədi 2025-ci ilin sentyabrında D4vd-yə məxsus Tesla avtomobilində tapılıb. Avtomobil bir neçə gün Hollivuddakı bir dayanacağında saxlanılıb. Daha sonra nəqliyyat vasitəsindən gələn pis qoxu barədə məlumat daxil olub. Çantaya qoyulmuş cəsədi avtomobilin baqajından tapılıb.
Reper qızla 11 yaşında tanış olub. Müstəntiqlərin məlumatına görə, Börk Hernandez 13 yaşına çatanda ona cinsi təcavüz etməyə başlayıb.