“Rusiya ilə əməkdaşlıq Qafqazda sabitlik üçün vacibdir” –Fidan Şoyqu ilə görüşdü

“Rusiya və Türkiyə həmişə geniş spektrli problemlərə qarşılıqlı məqbul həllər tapıblar“.

Azpost.info TASS-a istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Türkiyə XİN rəhbəri Hakan Fidanla görüşündə deyib.

Fidanla görüşdə o, son illərdəki fəal birgə işlərini xatırlayıb.

“Həm əvvəlki vəzifənizdə (Milli Kəşfiyyat Təşkilatının rəhbəri – TASS), həm də hazırkı vəzifənizdə həmişə Rusiya ilə müxtəlif sahələrdə fəal işləmisiniz.”- deyə Şoyqu vurğulayıb.

Şoyqu nümunə olaraq  Suriyada beynəlxalq terrorizmə qarşı mübarizə üçün birgə səyləri misal gətirib.

“O vaxtlar daha tez-tez görüşürdük və bu görüşlər tamamilə praktik idi. O vaxtlar çətin dövrlər idi, amma Rusiya və Türkiyə həmişə qarşılıqlı məqbul həllər tapıblar. İşimizi tamamlamadığımız bir dənə də olsun nümunəni – istər Suriyada deeskalasiya zonası yaratmaq, istərsə də beynəlxalq terrorçularla mübarizə- xatırlamıram”,- Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

O, həmçinin Ukrayna, türk gəmilərinin Ukrayna limanlarından qaytarılması, Türkiyəyə ərzaq tədarükünün təşkili və uzun müddətdir blokda olan yüklərin açılması ilə bağlı birgə işləri də vurğulayıb.

“Ən çətin anlarda birlikdə işlədik və əməkdaşlıq etdik”, -deyə Fidan bildirib. O, Rusiyaya Suriyada sabitliyin əldə edilməsində iştirak etdiyinə görə təşəkkür edib. Fidan əmin edib ki, Türkiyə Ukraynadakı münaqişəyə son qoymaq üçün əlindən gələni edir.

“Rusiya ilə birgə səylər Qafqazda və Orta Asiyada sabitlik üçün böyük əhəmiyyət kəsb edir. Logistika və ticarət əlaqələri ikitərəfli münasibətlərdə çox vacibdir”-deyə Fidan əlavə edib.

Şoyqu qeyd edib ki, müzakirə və birgə iş üçün yeni problemlər ortaya çıxıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.