“İndiana Cons” ölümdən döndü

Hollivud ulduzu Harrison Ford şəxsi təyyarəsini sınaqdan keçirərkən ölümdən dönüb.

Axşam.az xəbər verir ki, hadisə Kaliforniyanın Hotorn hava limanında baş verib.

Təyyarəsini qonşu uçuş və enmə zolağına endirən Ford uçuşa hazırlaşan digər hava gəmisinin yoluna çıxıb.

Aviadispetçerlər aktyora öz zolağına dönməli olduğunu bildirsələr də, Harrison onların sözlərinə məhəl qoymayıb və başqa təyyarənin trayektoriyasını kəsib.

Qəzasız ötüşən hadisədən sonra aviasiya işçiləri Forda qəzəbləniblər. O isə öz növbəsində əks təlimatları eşitdiyini bildirib.

Verilən məlumata görə, dispetçerin göstərişini yerinə yetirmədiyinə görə aktyora sanksiyalar tətbiq olunmayacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir