Bryan Adams – Rok musiqisinin kanadalı ulduzu, müğənni, bəstəkar və fotoqraf. Dünya musiqi tarixinə adı qızıl həriflərlə həkk olunmuş star. Pop-rok ve soft-rok stilləri ilə söhrət qazanan B. Adams, dünya musiqinə verdiyi töhfələrinə görə 17 dəfə “Grammy” mükafatına namizəd göstərilib. Müğənni verdiyi sonsuz sayda xeyriyyə konserləri ilə də insanların sevgi və hörmətini qazanıb. Öz adını daşıyan xeyriyyə fondu yaradıb. Tarixdə ilk dəfə Pakistan, Vyetnamda da konsert verən ilk qərbli müğənnidir. O, həmçinin 2008-ci il Rusya-Gürcüstan müharibəsindən sonra Tbilisidə də konsert verib. 2006-cı ildə Fələstin üçün, 2005-ci ildə isə Pakistanda zəlzələdə həyatını itirənlərin xatirəsi üçün konsert verib. O, bir çox xeyriyyə işlərinə və musiqidəki uğurlarına görə, Britaniya Kolumbiyası Ordeni ve Kanada Ordeni ilə mükafatlandırılıb. Türkiyə tarixində stadion konserti verən ilk müğənnidir. Kanadanın məşhurlar küçəsində ulduzu olan B. Adams 2010-cu ildə Hollivudda da bir ulduz sahibi olub. Vegetariandır və heyvan haqları müdafiəçisidir. Mahnıları əsasən romantik mövzudadır. Filmlər üçün yazdığı mahnılara görə “Oskar” və “Qızıl Qlobus” kimi mükafatlara namizəd göstərilib. “Robin Hood” filmi üçün yazdığı “(Everything I Do) I Do It for You” adlı mahnısı onun ən böyük hiti hesab olunur. “Please Forgive Me”, “Have You Ever Really Loved a Woman?”, “All for Love”, “I Finally Found Someone”, “Don’t Give Up” adlı mahnıları da müğənninin məşhur hitləri arasında yer alır. İngilis kraliyyət ailəsinə yaxın olan B.Adams şahzadə Diananın da sevgisini qazanmışdı. Ötən il 60 yaşını qeyd edib.
Dünya rok musiqisinin əfsanəvi ulduzu Bryan Adams Azərbaycan internet saytı –HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı Azərbaycanla bağlı fikirlərini də ifadə edib.
-Uşaqlıq illərinizi necə xatırlayırsınız?
-Kanadada yaşadıq, atam bütün dünyada diplomatik vəzifələrdə çalışdı. Və biz bu zaman aralığında böyüdük.
-Böyüdüyünüz ailədə nə çatışmırdı?
-Bəlkə də bir bacı … Mənim heç vaxt bacım olmayıb. Amma əmim uşaqları mənə bacı kimidirlər. Onlara heyranam.
-İllər boyu zirvədə qalmağı necə bacarırsınız?
-Dağa düz-birbaşa formada qalxmaq olmur. Ziq-zaq hərəkət etmək lazımdır. Sirr də budur.
Sizinlə bağlı ən böyük yanlış fikir nədir?
-İnsanlar tez-tez mənim amerikalı olduğumu düşünürlər, amma mən kanadalıyam.
-Bu ağır günlərdə sizi motivasiya edən nədir? Necə yaradıcı qalırsınız?
-Heç kim təkbaşına qala bilmir. Bu tamamilə özünüz üçün qurduğumuz komandadan aslıdır.
-Gələcək üçün planlarınız nədir?
-Əgər konsertlər yenidən baş tutarsa, həyatımın qalan hissəsini ifa etməklə keçirib xoşbəxt olaram.
-Sizi sevənlərə nə demək istərsiniz?
-Gəlin bir fincan çay içək.
– Ötən il çıxardığınız “Shine A Light” albomunuzun da uğur qazanmasının səbəbi nədir?
-Qeyri-maddi olmasıdır. (Mənəvi) Mahnılar bir az sehrlidir. Xüsusi ilə bu mahnı canlı sehirlidir.
-Siz uğurunuzu nəyə borclusunuz?
-Turlar və bir neçə layiqli mahnıya.
-Aşdığınız ən böyük əngəl nə olub?
-Musiqiyə başlayanda qapıdan içəri girmək, eşidilmək çox çətin idi və zaman aldı.
-Sizin izinizlə getmək istəyənlərə nə məsləhət verərsiniz?
-Heç nəyi imzalamayın.
-Bəs necə yadda qalmaq istəyirsiniz?
-Musiqini sevən nizamlı bir insan kimi…
-Hazırda dünyada nə baş verir? Bir işıq yandır… (Shine A Light)
-İnsanlar getdikcə daha çox kəşf edirlər ki, heyvanlar aləmindəki hər canlı varlığı tükətmək insanlığa uyğun bir hərəkət deyil.
-İndiki dünyanın rəsmini necə və hansı rənglə çəkərsiniz?
-Bir göy qurşağı.
– Sizin üçün “son” nə deməkdir?
-Başqa bir şeyin başlanğıcı.
Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərsiniz?
-Az yeyin, çox sevin və minnətdar olun.
-Hər zaman gənc qalmağınızın sirri nədir?
-Musiqi.
Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycana səfər etmək istərsinizmi?
-Bəli, bir gün.
-Azərbaycanın məşhur xalq musiqisi, Muğamlar haqqında heç eşitmisiniz?
-Siz bəhs edənə qədər eşitməmişdim.
-Azərbaycanda sizi sevən insanlara, gənclərə nə demək istərsiniz?
-Buradan salam göndərirəm və ümid edirəm ki, musiqini sevirlər. Ehtiyatlı olun.
-Koronavirusun qarşısını almaq üçün tövsiyələriniz nədir?
-Bizə deyilənlərə əməl etməliyik. Əllərinizi yuyun, sosial məsafə saxlayın və maska taxın.
Hafiz Əhmədov