Ləğv olunan 4 bankın müştərilərinə 535 milyon manat kompensasiya ödənilib

Bu ilin iyunun 16-dan sentyabrın 24-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan “AGBank” və “NBCBank”ın əmanətçilərinə 191,21 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF)  “APA-Economics”ə verilən məlumata görə, “AGBank” üzrə 4 065 əmanətçiyə 78,40 mln. manat, “NBCBank” üzrə isə 3 887 əmanətçiyə 112,81 mln. manat kompensasiya verilib.

İyunun 1-dən sentyabrın 24-dək “Kapital Bank” tərəfindən ləğv prosesində olan “Amrahbank” və “Atabank”ın əmanətçilərinə 343,21 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində “Amrahbank” üzrə 5 544 əmanətçiyə ödənilən məbləğ 131,83 mln. manat, “Atabank” üzrə isə 9 108 əmanətçiyə 211,37 mln. manat kompensasiya verilib.

Ümumilikdə, sentyabrın 24-nə ləğv prosesində olan 4 bank üzrə 22 604 əmanətçiyə 534,43 mln. manatdan çox kompensasiya ödənilib.

Fond tərəfindən son bağlanan banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi yekunlaşmaq üzrədir, tam ödənilmə prosesi qısa zaman ərzində qanunla müəyyən olunan qaydada yekunlaşdırılacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir