Dekabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb

Pensiya
Pensiya

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb. 

Nazirlikdən verilən məlumata görə, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də dekabr ayının pensiyaları ödənilib.  Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları bu ayın 9-da ödənilib.

Yaxın günlərdə dekabr ayı üzrə sosial müavinət və təqaüdlər, ünvanlı sosial yardımlar da ödəniləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir