ABŞ 2019-cu ildə törədilmiş kütləvi qətllərin sayına görə rekord vurub
2019-cu ildə ABŞ-da 41 kütləvi qətl hadisəsi baş verib. Bu son 50 il ərzində rekord göstəricidir.
Trend-in məlumatına görə, bu barədə "Associated Press", "USA Today" və Şimal-Şərq Universitetinin hazırladıqları hesabatda deyilir. Bildirilir ki, bu kütləvi qətllərin hər birində azı 4 nəfər ölüb. Qətllərin 33 faizində odlu silahdan istifadə edilib. Ümumilikdə 41 kütləvi qətl hadisəsi nəticəsindəə 210 nəfər həlak olub.
Ən çox kütləvi qətl hadisələri Kaliforniyada qeydə alınıb.
Əlaqəli xəbərlər
Növbəti xəbər yüklənir...