ABŞ-da milyarderlərin ödədiyi vergi amerikalıların qəzəbinə səbəb olub

“ProPublica” portalının ABŞ milyarderləri tərəfindən ödənilən gəlir vergisinin miqdarı barədə dərc etdiyi məlumatlar ölkədə sərvət verdisinin tətbiq olunmasına çağırışlara və Vergi İdarəsi tərəfindən araşdırmanın başladılmasına səbəb olub.

Trend-in məlumatına görə, 2014-2018-ci illərdə aralarında Amazon”un banisi Ceff Bezosun, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın və “Berkshire Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffetin də olduğu ən varlı ABŞ vətəndaşları tərəfindən ödənilən gəlir vergisi bütövlükdə onların sərvətlərinin artımının bir neçə faizindən çox deyil.

Qeyd edilir ki, minimal “vergi dərəcəsi” üzrə bir növ rekorda 90 yaşlı Uorren Baffet imza atıb. Belə ki, göstərilən dövr ərzində U.Baffetin sərvəti 24,3 milyard dollar artıb, lakin o 125 milyon dollar artım barədə məlumat təqdim edib və 23,7 milyon dollar vergi ödəyib. Bu isə artımın yalnız 0,1 faizini təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada xəstəxananın reanimasiya şöbəsində yanğın olub, ölənlər var

Sonrakı məqalə

Modriç səkkizinci dəfə ən yaxşı futbolçusu seçillib