ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosu:

TAP kəməri praktiki olaraq tamamlanıb
14 Oktyabr 2020 - 22:00

Avropanın enerji təhlükəsizliyinin təminatında irəliləyiş baş verir. Belə ki, Trans-Adriatik (TAP) boru kəməri praktiki olaraq tamamlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun “Twitter” hesabında bildirilir.

Qeyd edilir ki, TAP boru kəməri Yunanıstan sərhədindən İtaliyadakı qəbul terminalına qədər təbii qazla doldurulub.