ABŞ dövlət katibi bu gün İlham Əliyev və Paşinyanla görüşəcək

ABŞ dövlət katibi Entoni Blinken bu gün Münhendə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Bu barədə “Turan” Agentliyi məlumat yayıb.

Görüş saat 13:35-ə yerli vaxtla təyin edilib, Dövlət Departamenti cümə günü axşam saatlarında bildirib.

Görüş barədə əvvəllər məlumat verilməyib. Keçən ay Blinken Paşinyan və Əliyevlə ayrı-ayrılıqda danışıb və sülh prosesinin son uğursuzluğu fonunda onları  birbaşa danışıqları yenidən başlamağa çagırıb.

Azpost.info xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti də məlumatı təsdiq edib. Hökumətin yaydığı açıqlamada bildirlir ki, bu gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinkenin görüşü nəzərdə tutulub.

Qeyd edək ki, Əliyev və Paşinyan sonuncu dəfə 2022-ci il oktyabrın sonunda Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə görüşüb.

Azpost.info

Əvvəlki məqalə

İlham Əliyev və Paşinyan Münhendə panel müzakirəsində iştirak edəcək

Sonrakı məqalə

Yaddaşımızı saxlayan ilmələr