ABŞ dövlət katibi və müdafiə naziri gizli olaraq Ukraynaya gəlib –Zelenski ilə nə müzakirə olunub?

ABŞ dövlət katibi Blinken və müdafiə naziri Lloyd Ostin aprelin 24-də məxfi şəkildə Ukraynaya səfər edib. 

Azpost.info bildirir ki, onlar prezident Zelenski ilə görüşüblər. Bu barədə Ukrayna prezidentinin Ofisindəki mənbə “Ukryanskaya Pravda”ya bildirib.

“Təhlükəsizlik səbəbindən səfər barədə açıqlama verilməyib. Görüş çox səmərəli keçdi”-deyə mənbə vurğulayıb.

Blinken və Ostin Rusiya ilə müharibə başlandıqdan sonra Ukraynaya gələn ilk ABŞ rəsmiləridir.

“Röyter”in məlumatına görə, Blinken və Ostin Zelenskiyə bildiriblər ki, yaxın həftələrdə ABŞ diplomatları Ukraynaya qayıdacaq. Bundan başqa onlar Ukraynanın ehtiyacları üçün 713 milyon dollar ayrıldığını bəyan ediblər.

 

Əvvəlki məqalə

Azərbaycan Rusiyaya qazın pulunu rublla ödəməyə başlayıb

Sonrakı məqalə

Rusiya “Azovstal” zavodunun ərazisinə raket zərbələri endirib