ABŞ dövlət katibinin köməkçisi Filip Riker Azərbaycana gəlib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycana səfər edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, Filip Rikerin səfəri iki gün davam edəcək.

Səfər çərçivəsində Filip Rikerin keçirəcəyi görüşlər zamanı ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker daha əvvəl Gürcüstanda səfərdə olub. O, Azərbaycandan sonra Ermənistana səfər edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Körpələrə hansı qidaları vermək olmaz? –

Sonrakı məqalə

Pirallahıda yollarının yenidən qurulmasına 660 min manat ayrıldı –