ABŞ Mərkəzi Komandanlığı İraq və Suriyada iranyönlü qruplara zərbələrin endirilməsini təsdiqləyib.
Bu barədə Mərkəzi Komandanlığın saytında məlumat verilir.
“ABŞ İraq və Suriyada 85-dən çox hədəfi vurub və 125-dən çox dəqiq idarə olunan hərbi sursatdan istifadə edib” – deyə məlumatda qeyd edilir.
ABŞ-nin Suriyanın şərqində iranyönlü silahlı qruplaşmaların cəmləşdiyi ərazilərə endirdiyi aviazərbələr nəticəsində azı 13 nəfər həlak olub.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bombardman nəticəsində iranmeylli qrupların azı 13 tərəfdarı həlak olub. Daha əvvəl 10-a yaxın ölü, 20-yə yaxın yaralı olduğu bildirilirdi.
Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, ABŞ-nin İordaniyadakı bazasına hücumundan sonra İraq və Suriyadakı hədəflərə zərbələr endirməsi cavab tədbirlərinin yalnız başlanğıcıdır.
ABŞ müdafiə naziri onu da bildirib ki, prezident Co Bayden artıq əlavə tədbirlər görməyə göstəriş verib.
“Bu, bizim seçdiyimiz vaxt və yerdə baş verəcək” – Ostin vurğulayıb.