ABŞ məhkəməsi Trampı 34 maddə üzrə təqsirli bilib-"Biabırçılıqdır"

Nyu-York məhkəməsinin münsiflər heyəti ABŞ-nin keçmiş lideri Donald Trampı keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən “Trump Organization” şirkətinin maliyyə sənədlərini saxtalaşdırmaqda təqsirli bilib.

Bu barədə “CNN“ məlumat yayıb.

Məlumata görə, eks-prezident bütün 34 maddə üzrə təqsirli bilinib.

Bununla da Tramp münsiflər heyəti tərəfindən cinayətdə təqsirli bilinən ilk keçmiş Amerika prezidenti olub.

Donald Trampın hökmü iyulun 11-nə təyin edilib.

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp ABŞ-ın hazırkı Prezidenti Co Bayden administrasiyasını maliyyə sənədlərinin saxtalaşdırılmasında təqsirli bilən münsiflər heyətinin qərarında iştirakda ittiham edib.

Bunu münsiflər heyətinin qərarınan sonra Donald Tramp jurnalistlərə deyib.

“Bunu Bayden administrasiyası siyasi rəqibinə zərər vermək üçün edib. Düşünürəm ki, bu, sadəcə, biyabırçılıqdır biz sona qədər mübarizə aparıb qalib gələcəyik, çünki ölkəmiz cəhənnəmə çevrilib”, – Tramp vurğulayıb.

Əvvəlki məqalə

Çin Ukraynaya dair İsveçrə konfransında iştirakdan imtina edib

Sonrakı məqalə

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb