ABŞ Rusiyanın dondurulmuş 300 milyardını Ukraynaya verməyi düşünür –“Bloomberg”

ABŞ Rusiya Mərkəzi Bankının dondurulmuş 300 milyard dollardan çox aktivlərini Ukraynanın bərpasına yönəltməyi düşünür.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

ABŞ maliyyə naziri Canet Yellenin fikrincə, bu addımın nəticələri diqqətlə ölçülməlidir: “Bu, çox mühüm addımdır və biz bunu atmazdan əvvəl onun nəticələrini diqqətlə nəzərdən keçirməliyik”.

Yellen əlavə edib ki, dondurulmuş aktivlərin təhvil verilməsi üçün Konqresin razılığı olmalıdır. Üstəlik, ABŞ bu addımla bağlı müttəfiqləri ilə də məsləhətləşməlidir.

Azpost.info

Əvvəlki məqalə

“Bakının yaratdığı reallıq regionun yeni sülh gündəliyidir” –

Sonrakı məqalə

“Ukraynada sülh Putinin görmək istədiyi kimi olmayacaq” –