Abşeronda baş verən qət hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub. "Report"un əldə etdiyi məlumata görə, ötən gecə Anar Bəkirovun öldürdüyü həyat yoldaşı Leyla Bəkirova 7 aylıq hamilə imiş. Məlumata görə, A.Bəkirov qadının döş nahiyəsinə 3 dəfə bıçaq zərbəsi endirib və daha sonra onun boğazını kəsib. Xatırladaq ki, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.