Abşeronda qəza – ata və iki azyaşlı oğlunu maşın vurdu

Abşeronda qəza
Abşeronda qəza

Abşeronda qəza, yol-nəqliyyat hadisəsi baş verib, ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. AzPost APA-ya istinadla xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 33 yaşlı atanı və onun 6 və 7 yaşlı oğlanlarını avtomobil vurub.

Qəza zamanı hər 3 şəxs ağır xəsarət alıb. Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xatıladaq ki, yanvarın 16-da da Abşeronda qəza hadisəsi zamanı 33 yaşlı kişi yol qəzasında xəsarət alıb. Hadisə Masazır qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Dadaşov Qalib Vaqif oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozu qoyulub.

 

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.