Adam sayı 3 min nəfərdən az olan bələdiyyələr birləşəcək –Yeni qanun

Bələdiyyələrlə bağlı yeni qanunlar hazırlanır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi”nin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, bələdiyyələrlə bağlı yeni qanunlar hazırlanır: “Bu, çox vacibdir. Əhali sayı 3000 nəfərdən az olan bələdiyyələr birləşəcək. Bələdiyyələrin sayı azaldılır, bələdiyyələr birləşdirilir. Digər tərəfdən, örüş sahələri ilə bağlı əhalinin tələbatı ödənilməlidir. İcarəyə götürülmüş torpaqlarla bağlı məsələ də qalmaqdadır. O torpaqların qiymətləndirilməsində çox ciddi problemlər var. Kifayət qədər icarə müqavilələrində debitor borclar yaranır. Bələdiyyələrin yalnız torpaqla deyil, digər sosial sahələrlə məşğul olmaq səlahiyyəti var. Amma mən hələ görməmişəm ki, hansısa bələdiyyə uşaq bağçası tikdirsin, hansısa kəndə su çəkdirsin”. (APA)

Əvvəlki məqalə

“İrəvana hava hücumundan müdafiə raketləri göndərməyə hazırıq”

Sonrakı məqalə

“Ermənistandan üzvlüyün dayandırılması ilə bağlı müraciət daxil olmayıb”