Türkiyədəki dağıdıcı zəlzələdən zərər çəkənlərin sığınacağı üçün fəlakət bölgəsində 70 min 818 AFAD yaşayış çadırının quraşdırılması başa çatıb.
Azpost.info xəbər verir ki, fəlakət bölgəsinə AFAD-dan 1 milyard 389 milyon 774 min 16 lirə, Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyindən 250 milyon lirə, ümumilikdə 1 milyard 639 milyon 774 min 16 lirə vəsait köçürülüb.
Eyni zamanda 123 min 395 çarpayı, 300 min ədyal göndərilib.
“Kızılay” tərəfindən isə 79 iaşə maşını, 16 səyyar mətbəx, 1 səyyar yemək evi, 5 səhra mətbəxi, 2 səyyar soba, 86 xidmət maşını ayrılıb.
Azpost.info