AFAD zəlzələ bölgəsində 70 min çadır qurdu- 1 milyard 389 milyon pul ayırdı (FOTOLAR)

Türkiyədəki dağıdıcı zəlzələdən zərər çəkənlərin sığınacağı üçün fəlakət bölgəsində 70 min 818 AFAD yaşayış çadırının quraşdırılması başa çatıb.

Azpost.info xəbər verir ki, fəlakət bölgəsinə AFAD-dan 1 milyard 389 milyon 774 min 16 lirə, Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyindən 250 milyon lirə, ümumilikdə 1 milyard 639 milyon 774 min 16 lirə vəsait köçürülüb.

Eyni zamanda 123 min 395 çarpayı, 300 min ədyal göndərilib.

“Kızılay” tərəfindən isə 79 iaşə maşını, 16 səyyar mətbəx, 1 səyyar yemək evi, 5 səhra mətbəxi, 2 səyyar soba, 86 xidmət maşını ayrılıb.

Azpost.info

Əvvəlki məqalə

Dövlət Turizm Agentliyinin regional dairələri yaradıldı –

Sonrakı məqalə

“Ölənlərin sayı 8 min 574-ə çatıb”