AFFA AVRO-2020-nin Bakıdakı oyunlarında 50 faizə qədər azarkeşin iştirakına təminat verib

08 Aprel 2021 - 15:12

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahla AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclası olub.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, toplantıda UEFA-nın tövsiyələri və pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq Bakıda keçiriləcək 4 oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin iştirakı qərara alınıb.

Ancaq bu, COVİD-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərtilə baş tuta bilər. Qərar yerli azarkeşlərlə yanaşı, oyunlarda iştirak edən milli komandaların mənsub olduğu ölkələrin vətəndaşlarına da şamil olunacaq. Belə olan halda viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərti əsas götürüləcək.