Ağalı məktəbində 61 şagird təhsil alacaq

Hazırda Ağalı kənd orta məktəbində təhsil almaq üçün 61 uşaq qeydiyyatdan keçib.

Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, həmçinin 18 uşağın da bağçada təhsilinin başlaması planlaşdırılır: “15 sentyabrda işğaldan azad olunan ərazilərimizdə 30 ilə yaxın müddətdən sonra ilk təhsil zəngi səslənəcək”.

Şöbə müdiri qeyd edib ki, işğaldan azad olunmuş digər ərazilərdə də mərhələli şəkildə məktəbəqədər təhsil müəssisələrinin açılması planlaşdırılır.

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Ermənistan məktəblərində Azərbaycan dili fakultativ fənn kimi keçirilir