Ağdam sakinindən 3 kiloqram heroin aşkarlanıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Ağdam rayon sakini Camal Hüseynovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, həmin şəxsdən 3 kiloqramdan artıq heroin aşkarlanıb. C.Hüseynov narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

Növbəti köç karvanı Laçına çatıb

Sonrakı məqalə

Tacik miqrantlar Rusiyanı kütləvi şəkildə tərk edir