Ağdaşda 6 yaşlı uşaq kanalda boğulub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş şəhərində bir nəfər azyaşlının su kanalında batması barədə məlumat daxil olub.

Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən kanalda batmış 2018-ci il təvəllüdlü Musayev Adəm İsfəndiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əvvəlki məqalə

Belarus Ermənistana nota verib

Sonrakı məqalə

ABŞ 12 Rusiya vətəndaşını sanksiyalar siyahısına əlavə edib