Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov məhkəməyə gətirilib.
Azpost.info “Unikal” -a istinadən xəbər verir ki, hakim Səbinə Məmmədzadə Əhməd Əhmədovun anket məlumatlarını dəqiqləşdirir.
Zərərçəkmiş şəxsin hüquqi varisləri qismində Bədəlov Baxış Bədəl oğlu (Əhmədova Bikə xanım Bədəl qızının), Mustafayeva Mehriban Mahmud qızı (Əhmədov Mehman Əhməd oğlu), Niftəliyev Rüstəm Tofiq oğlu (Niftəliyeva Ülviyyə Sərxan qızı) tanınıb.
Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.
İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.