“Air India” Tel-Əvivə uçuşları qeyri-müəyyən müddətə dayandırdı

“Air India” aviaşirkəti təhlükəsizlik baxımından Təl-Əvivə uçuşların dayandırılmasını qeyri-müəyyən müddətə uzadıb.

Azpost.info xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında yerləşdirilib.

Bundan əvvəl “Air India” avqustun 8-dək Tel-Əvivə və oradan uçuşlar həyata keçirməyəcəyini açıqlamışdı.
Aviaşirkət sərnişinlərə uçuşun vaxtını dəyişdirmək və ya biletləri pulsuz olaraq ləğv etmək imkanı verib.

“Müştərilərimizin və ekipajlarımızın təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır, – şirkətdən bildirilib.
Aviaşirkət əvvəllər Təl-Əvivə həftədə dörd uçuş həyata keçirirdi.

Azpost.info

Əvvəlki məqalə

Rusiyanın hərbi karvanı Kurskda atəşə tutulub –

Sonrakı məqalə

II ixtisas qrupu üzrə 284 abituriyent 600 və daha çox bal toplayıb