Ajda Pekkanın 1978-ci ildə İranda verdiyi konsert –“Gələn dəfə Azərbaycan mahnıları ilə gələcəyəm” (VİDEO)

İnternetdə Türkiyənin məşhur estrada müğənnisi Ajda Pekkanın 1978-ci ildə İranda verdiyi konsertin videosu yayımlanıb.

Azpost.info bildirir ki, Tehranda böyük coşğu ilə qarşılanan Ajda Pekkan konsertin əvvəlində TV proqramına verdiyi müsahibədə bildirir ki, ilk dəfədir İrana gəlir. Repertuarında türk, ingilis, fransız dilində mahnılarının olduğunu bildirən Ajda daha sonra deyir: “Gələn il yenə İrana gələcəyəm. Burada bu qədər sevildiyim mənə çox xoş oldu. Gələn dəfə gələndə Azərbaycan mahnıları və fars dilində nəğmə hazırlayacağam”.

Müxtəlif dillərdə oxuyan Ajda Pekkan konsertdə Azərbaycan xalq mahnısı olan “Aman ovçu” mahnısını ifa edir.

Ayda Pekkanın bu konserti 15 may 1978-ci ildə Tehrandakı Hilton otelində keçirilib.

Cəmi 5 aydan sonra Iranda islam inqilabı başlanacaq və şah devriləcək. Ölkədə teokratik üsul-idarə qurulacaq.

Ajda Pekkan bir daha İrana konsert verməyə gələ bilməyəcək.

Azpost.info 

https://www.youtube.com/watch?v=PniGq_6sUMs

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Aİ-92 markalı benzin də ucuzlaşacaqmı?

Sonrakı məqalə

İndiyədək 134 min 768 nəfər koronavirusa yoluxub –