Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

14 Aprel 2021 - 18:54

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına işgüzar səfəri aprelin 14-də başa çatıb.

Belarus Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.