Aleksandr Lukaşenkonun Azərbaycana səfəri başlayıb

13 Aprel 2021 - 18:39

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana gəlib.

 “BelTa”nın verdiyi xəbərə görə, Belarus liderini gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Hava limanında Prezident Lukaşenkonu Belarus və Azərbaycan rəsmilərindən ibarət nümayəndə heyəti qarşılayıb.

Belarus Prezidentinin səfəri iki gün çəkəcək.