Aleksey Navalnının ölümü ilə bağlı tibbi rəy açıqlanıb

Fevralın 16-da həbsxanada vəfat edən Aleksey Navalnının ölümü ilə bağlı tibbi rəy məlum olub.

Bu barədə “Kommersant” nəşri yazıb.

Nəşrin bildirdiyinə görə, Navalnının anası Lyudmila fevralın 21-də müstəntiqlərin onu Salexard morquna apardığını və oğlunun meyitini göstərdiklərini söyləyib.

O, tibbi ölüm şəhadətnaməsinə imza atdığını deyib.

Lyudmila Navalnaya göstərilən tibbi rəydə Alekseyin ölümünün təbii səbəbdən baş verdiyi bildirilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.