Ali məktəblərə sənəd verənlərin sayı ötən illə müqayisədə 8000 nəfər çoxdur

“Xüsusi karantin rejimi tətbiq olunan bölgələrdə imtahan keçirilməsinə nə vaxt icazə verilsə, imtahan keçirəcəyik”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

M.Abbaszadə deyib ki, ali məktəblərə sənəd verənlərin sayı ötən illə müqayisədə təqribən 8000 nəfər artıb: “Keçən il 80 min məzun oldu, onların 67 mini sənəd vermişdi. Bu il də 80 min məzundan 67 266-sı ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Amma keçən illərdə əvvəlki illərin məzunu 16900 idi, bu il isə 24528 nəfərdir. Həmin şəxslər də mütləq buraxılış imtahanı verməlidir, onların da imtahanının təşkili ilə məşğul olmalıyıq. Onlar həm Bakıda həm rayonlardadır. Bu, çox mürəkkəb məsələdir, ortada logistika problemləri də var. Məzunlara faktiki yaşadığı yerdə imtahan təşkil etməliyik ki, ölkəarası gəliş-gediş olmasın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu il qəbul qaydalarında dəyişiklik olmayacaq”

Sonrakı məqalə

Prezidentin köməkçisi Fərəh Əliyeva koronavirusa yoluxub