İsveçrəli tədqiqatçılar saxta şərabı müəyyən etmək üçün süni intellektə əsaslanan üsula əl atıblar .
Azpost.info xəbər verir ki, “The Guardian” yazır ki, şərabın tərkibindəki birləşmələri təhlil etmək və onun mənşəyini izləmək üçün süni intellekt proqramından istifadə edilib.
“Xeyli fırıldaqçı var ki, şərabı qarajlarında hazırlayır, etiketlər çap edir və minlərlə dollara satırlar. Biz ilk dəfə göstərdik ki, yeni üsul gerçəyi saxtadan ayırmaq üçün kifayət qədər həssaslığa malikdir”, – isveçrəli professor Alexandre Puje deyir.
Alimlər bu üsulla Fransanın Bordo bölgəsindəki 7 müxtəlif mülkdən 12 il ərzində toplanmış 80 şərabı təhlil ediblər.
Alimlərin üzərində işlədiyi proqram 99 faiz dəqiqliklə işləyib. Eyni zamanda, onun şərab məhsullarını ayırd etmək qabiliyyəti də yüksəkdir.
Fırıldaqçılığın aşkarlanması proqramın ən bariz tətbiqi olsa da, Alexandre Puje hesab edir ki, bu yanaşma istehsal prosesində şərabın keyfiyyətinə nəzarət etmək üçün də lazım ola bilər.
Azpost.info