Vətən müharibəsində yararlanaraq, 6 ay komada qalan 23 yaşlı Səbuhi Hüseynli dəfn olunub.
Xaçmaz rayonunun Maqsudkənd kənd sakini olan şəhid doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, Ş. Hüseynli oktyabrın 20-də yaralanmışdı. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. (APA)
Allah rəhmət eləsin!