“Anamın bacısı azərbaycanlıya ərə getmişdi…” –HARRİ KASPAROV

Şahmat üzrə dünya çempionu Harri Kasparov ukraynalı jurnalist Dimitri Qordona müsahibəsində 1990-cı ilin yanvarında Bakıda baş vermiş hadisələr barədə danışıb. 

Azpost.info bildirir 2008-ci ildə proqrama qonaq olan Kasparov deyib ki, Bakıda baş verənlər SSRİ-nin suqutunun ilk əlaməti olub.

Kasparov Azərbaycanda özünə qarşı hansısa ayrısekilik görmədiyini bildirib: “Bizim ailəmizdə münasibətlər tamam fərqli idi. Anam yəhudiyə, ortancıl bacısı erməniyə, kiçik bacısı azərbaycanlıya ərə getmişdi”-deyə o bildirib.

H.Kasparovun sözlərinə görə, Bakı Sovet imperiyanın forpstu idi: “Əgər Tiflisdə və İrəvanda yalnız erməni və gürcü dilində danışırdılarsa Bakıda belə deyildi. Bakıda rus dili dominantlıq təşkil edirdi. Bu isə tamam başqa atmosfer yaradırdı”-deyə o bildirib.

O deyib ki, vəziyyətin millətlər arasında münaqişə həddinə gəlib çatacağını güman etməyib: “Mən şəxsən hiss etmirdim. 80-ci illərin sonunda baş verənlər imperiyanın dağılmasının əlaməti idi. Sumqayıt hadisələri baş verəndə mən ölkədə deyildim. Bakıya qayıdanda vəziyyətin düzələcəyinə ümid edirdim, müraciətlər göndərirdim. Başa düşmürdüm ki, bu artıq dövlətin süqutunun başlanğıcıdır. Dövlət belə təxribatlarla əl atmaqla  ordunun yeridilməsi üçün şərait yaradır”.

H.Kasparovun sözlərinə görə, bu, 1990-cı ilin yanvarında tam aydın oldu: “Bakının erməni əhalisinə qarşı törədilən təxribatlar bilərəkdən təşkil edilirdi. Həmin günlər şəhərdə SSRİ DİN-in 11 min nəfərlik daxili qoşunu var idi. Moskvadan Mərkəzi Komitədən, Primakov və digər yüksək vəzifəli sovet rəhbərləri Bakıda idi. Heç kim bu təxribatların qarşısını almağa çalışmadı”.

Şahmatçının fikrincə, bu “ermənilərə qarşı törədilmiş iğtişaş” deyildi: “Böyük bir şəhərdə belə “poqrom” necə baş verə bilərdi? Adamlara konkret yaşayış ünvanlarının siyahıları verilmişdi. Böyük, çoxmərtəbli binanı görürsünüz. Burada azərbaycanlılar, ermənilər, yəhudlər yaşayır. Kimin hansı mənzildə yaşadığını dəqiq necə bilmək olardı? Əgər kütlə rayonlar və evlər üzrə gəzirsə, deməli onların əlində konkret ünvanların siyahısı olan istiqamətverici rəhbəri var. Orada xaotik heç nə baş vermədi. Hamısı təşkil edilmişdi”-deyə H.Kasparov bildirib.

Xatırladaq ki, 1990-cı ildə Bakıda törədilən hadisələrin SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən təşkil olunduğu barədə faktlar var. Sovet rəhbərliyi Bakıda millətlər arası ədavət salmaqla Azərbaycanda başlanmış müstəqillik hərəkatını boğmağa, Qarabağa qarşı irəli sürülmüş ərazi iddilarına qarşı yaradılan möhkəm ictimai paltformanı dağıtmaq niyyətində idi.

Azpost.info

Əvvəlki məqalə

BMT Qəzzaya humanitar yardımla bağlı qətnamə qəbul edib

Sonrakı məqalə

Ukraynada 25 futbolçuya eyni gündə çağırış vərəqəsi verilib