Nazirlər Kabineti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat işçilərinin maddi stimulu üçün olan qərarını ləğv edib.
Azpost.info bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda deyilir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Aparatının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi stimullaşdırılması məqsədilə Aparatın hesabına köçürülən büdcədənkənar vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 mart tarixli 86 nömrəli Qərarı ləğv edilsin.
Sənəddə qeyd olunur ki, bu qərar “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.