“Aprel döyüşləri işğalçılar üçün bir mesaj idi” –İLHAM ƏLİYEV

“Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində çıxışı zamanı deyib.

Aprel döyüşləri işğalçılar üçün bir mesaj, bir siqnal idi ki, işğala son qoyun, torpaqlarımızdan çıxın, rədd olun. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı”.

Prezidentin sözlərinə görə, onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər: “Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı”.

Əvvəlki məqalə

Prezidentin Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti qarşısında ÇIXIŞI

Sonrakı məqalə

“Şuşada sıldırım qayaları görəndə gözümun önünə siz gəlirsiniz” –