Aprel döyüşlərinin 5 ili tamam olur

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərindən beş il ötür.

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.

Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

2016-cı il aprel döyüşlərində şəhid olan qəhrəmanlarımız!
1. Pölkovnik Yusifov Vüqar Nurəddin oğlu.
2. Polkovnik – leytnant Mirzəyev Murad Telman oğlu
3.Polkovnik – leytnant Orucov Raquf İbrahim oğlu
4. Mayor İmanov Samid Gülağa oğlu
5.Mayor Məmmədov Rasim Əbdül oğlu
6.Mayor Əliyev Elnur Adil oğlu
7.Mayor Musazadə Təbriz Tariyel oğlu
8.Mayor Vəlizadə Urfan Uzeyir oğlu
9.Kapitan Quliyev İnqilab Çingiz oğlu
10. Kapitan Bayramov Vaqif Dilqəm oğlu
11. Kapitan Savalanov Nəciməddin Akif oğlu
12.Kapitan Orucov Mühit Qurban oğlu
13. Baş leytenant Novruzov Mirzə Sərvər oğlu
14.Baş leytenant Həsənov Ziya Niyaz oğlu
15. Baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu
16. Baş leytenant – İsmayılov Əbubəkr Vüqar oğlu
17. Baş leytenant – Namazov Elvin Məmməd oğlu
18. Baş leytenant Dədəkişiyev Cavid Gülbala oğlu
19. Baş leytenant İsgəndərov Elnur İsgəndər oğlu
20.Baş leytenant Orucəliyev Qabil Əbdüləli oğlu
21.Leytenant Şirinov Sahil Həsrət oğlu
22.Gizir Hümbətov Orxan Kazım oğlu
23. Gizir Cəfərov Mirsalam Təfəkkür oğlu
24.Gizir Teymurov Pəncəli Nurməmməd oğlu
25. Gizir Abdullazadə Nurlan Rasim oğlu
26. Gizir İsgəndərov Nicat Bəhruz oğlu
27. Gizir Ağayev Rusif İbrahim oğlu
28.Gizir Tağıyev Rahim Qara oğlu
29. Kiçik gizir Səfərov Elimdar Səlomxan oğlu
30.Kiçik çavuş Həmidov Orxan İbrahim oğlu
31.Kiçik gizir Qurbanov Tural Gülşad oğlu
32. Kiçik gizir Hüseynov Bəxtiyar Rəfael oğlu
33. Kiçik gizir Abidov Babək Vəfadar oğlu
34. Kiçik gizir Cavadzadə Şahin Yaşar oğlu
35. Kiçik gizir Fərəczadə Toğrul Habil oğlu
36. Kiçik gizir Qasımov Teymur Sabir oğlu
37. Kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlu
38. Kiçik gizir Qarayev Dilsuz Məmmədağa oğlu
39. Kiçik gizir Novruzov Ravil Elman oğlu
40. Kiçik gizir Bayramov Sərxan Oqtay oğlu
41. Kiçik gizir Müstəcəbov Orxan Ələsgər oğlu
42. Kiçik gizir Əhmədov Rüstəm Oruc oğlu
43.Çavuş Musayev Səbuhi Rəfail oğlu
44.MAXE Hüseynov Ayaz Ələkbər oğlu
45. MAXE Adilzadə Adil Kamran oğlu
46.MAXE Mirzəyev Məhəbbət Ədalət oğlu
47. MAXE Əsgərli Nurlan Bayram oğlu
48. MAXE Qayıbov Elvin Sədrəddin oğlu
49. MAXE Hüseynov Əlvan Qafar oğlu
50. MAXE Qəhrəmanov Ruhin Əşrəf oğlu
51.MAXE Dəmirli Hüseyn Zeynal oğlu
52. MAXE Quliyev Səyyar Knyaz oğlu
53. MAXE Məmmədov Murad Vaqif oğlu
54. MAXE Əsgərov Təbriz Hamlet oğlu
55. Əsgər Mirzəyev Elvin Azadxan oğlu
56.Əsgər Nurayev Rəvan İsmayıl oğlu
57 Əsgər Kaçayev Samir Ziyatin oğlu
58. Əsgər Mehrəliyev Sərvan Natiq oğlu
59. Əsgər Əliyev Orxan Məhəmməd oğlu
60. Əsgər Süleymanov Vüqar Natiq oğlu
61. Əsgər Cəbrayılov Ömər Məzahir oğlu
62.Əsgər Qasımov Nurlan Cəmil oğlu
63. Əsgər Novruzov Fərahim Nadir oğlu
64. Əsgər Bağırov Sərxan Azır oğlu
65. Əsgər Mirzəyev Nurəddin Etimad oğlu
66.Əsgər Orucov Müşfiq Arif oğlu
67. Əsgər Qasımov Teymur Mikayıl oğlu
68. Əsgər Hacağayev Cabbarxan İlham oğlu
69. Əsgər Bağırov Emin İmran oğlu
70. Əsgər İslamov Əlizaman Fərrux oğlu
71. Əsgər Əzizzadə Xaliq Həsən oğlu
72. Əsgər Şirəliyev Kamran Faiq oğlu
73. Əsgər Məmmədov Ülvin Cəmaləddin oğlu
74. Əsgər Bağırzadə Firdovsi Əliş oğlu
75. Əsgər Xeyirbəyov Əmiraslan Xəlil oğlu
76. Əsgər Mirzəyev Mahir Sabir oğlu
77. Əsgər İbrahimov Mahmud Azər oğlu
78.Əsgər Dəmirli Altun Fərman oğlu
79. Əsgər Nəsirov Röyal İmran oğlu
80. Əsgər Qurbanlı Fəxrəddin Seyfəddin oğlu
81. Əsgər Dadaşov Tural Sabir oğlu
82. Əsgər Bayramov Şulan Bayram oğlu
83. Əsgər Quliyev Mahir Qədir oğlu
84. Əsgər Zəkərayev Nazim Nadir oğlu
85. Əsgər Səmədov Elşən Səməd oğlu
86. Əsgər Vahabzadə Mikayıl Yaqub oğlu
87. Əsgər Niftallı Rəşad Şakir oğlu
88. Əsgər Axundov Əbdülməcid Nadirşah oğlu
89. Əsgər Alıyev Vüsal İbrahim oğlu
90 Əsgər Baxşəliyev Rəşid Əliağa oğlu
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ümrə ziyarətinə gələn zəvvarlardan peyvəndləmə sənədi tələb edilməyəcək

Sonrakı məqalə

ABŞ və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub