Aprelin 5-dən bağçalar bağlanmayacaq –

Nazir qərarı dəyişdi
03 Aprel 2021 - 17:20

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri (bağçalar) ənənəvi qaydada fəaliyyətini davam etdirəcək.

Bunu sosial şəbəkədə canlı yayımda sualları cavablandıran təhsil naziri Emin Əmrullayev bəyan edib.

“Bağçalarda distnat təhsil olmadığı üçün fəaliyyətini davam etdirəcək”-deyə nazir vurğulayıb.

Dünən verilən açıqlamada isə bildirilirdi ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda aprelin 5-dən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri, bağçalar  bağlanacaq. Məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləmişdi.