Aqil Abbas:“Deputat köməkçilərinin sərbəst hərəkətinə icazə verilməlidir”

“Deputat köməkçilərinin sərt karantin rejimində sərbəst hərəkətinə icazə verilmir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında millət vəkili Aqil Abbas bildirib.

A.Abbas deyib ki, köməkçilər deputatın sağ əlidir, onların hərəkətinə icazə verilməlidir.

Spiker Sahibə Qafarova qeyd edib ki, deputat köməkçiləri hazırda onlayn qaydada çalışır: “Ancaq mən parlamentin Aparat rəhbəri Səfa Mirzəyeva tapşıracam ki, bu məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla danışsın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev dənizçiləri təltif etdi –

Sonrakı məqalə

Oqtay Əsədov “Facebook”da status yazdı: