Astarada çiyələyin 90 qəpiyə, pomidorun 1 manata satıldığı həftə bazarı:"Bakı bazarlarında bizə yer yoxdur" (REPORTAJ)

Astara rayonun Pensər kəndin ərazisində, Bakı-Astara yolunun üstündə yerləşən həftəlik “Sitrus bazarı”nda (mayın 23-də) həmişəki kimi qələbəlikdir.

Masallı rayonundan satmağa çiyələk gətirmiş Ələsgər deyir ki, bazarda adamların çox olmasına baxmayaraq qazanc azdır:

“Baxırlar çiyələyə, gedirlər”

“Bazarda əsasın yerli kənd təsərrüfatı məhsulları satılır. Sənaye malları da var. Məhsulların hamsı polietilen altında yetişdirilib. Hələ açıq sahədə əkilən məhsullar yetişməyib. Adətən ilin bu vaxtında çiyələyin 1 kiloqramı 2 manatdan aşağı olmazdı. Yaxşı qiymtə getdiyi üçün çiyələk əkini artıb. Məhsul çoxdur. Ona görə də qiymət aşağı düşüb. İnanın ki kiloqramını 1 manatdan da aşağı verirəm. Halbuki, maya dəyəri 1 manata yaxındır. Zəhmət çx istəyir. Ötən il badımcan, xiyar, pomidor əkmişdim, yaxşı qiymətə getmədi.Keçdim çiyələyə. Alıcı da azdır. Baxırlar çiyələyə, gedirlər.”

Kənd təsərrüfatı məhsulları ilə dolu olan yük maşınları düzülüb. Satıcılardan biri Azadlıq radiosuna deyib ki, Sabirabadan sarımsağ gətirib: “Bakı şəhərindən başqa Azərbaycanın bütün bazarlarını gəzirəm. Bakı bazarlarında bizə yer yoxdur. Öz məhsulmuz yetişdiyi halda Bakı bazarlarını xaricdən gətirilən sarımsağla doldurublar. Yola, maşına, benzinə pul gedir. Biz əkənik. Gəlib sahədən ucuz qiymətə alırlar, məcburuq özümüz məhsulu bazarlarda satırıq ki, 5-6 manat qalsın. ”

Onun deməsinə görə, sarımsağın bir kiloqramını 1 manat 50 qəpiyə satır:
“Ailəligcə sarımsağ yetişdirməklə məşğul oluruq.”

“Bu sarımsağın Bakı bazarlarında qiyməti 3-4 manatdır. Məhsul çoxdur, qiymət sürətlə aşağı düşür. Bu həftəlik bazarında əsasən topdansatış olur. Ailəligcə sarımsağ yetişdirməklə məşğul oluruq. Bazar olsa, problem olmaz.”

Yaxınlıqda olan digər satıcı isə deyir ki, təsərrüfatında pomidor və xiyar yetişdirir:

“Qışda balamız kimi bəsləmişik ”

“Lənkərandanam. Məhsulları həyətyanı sahədə, polietilen altında yetişdirmişəm. Qışda balamız kimi bəsləmişik. Qazanc əldə etmək vaxtı gəlib, qiymət düşür. Pomidorun yaxşısının 1 kiloqramını 1 manata, o birlərinin 3 kiloqramını 1 manata satıram. Qışda əziyyət çəkdim. Yaxşı istilik verə bilmədim. Məhsul balaca oldu. Mən az gübrə vermişəm, peyindən istifadə etmişəm. Dadı yaxşıdır, görnüşü yaxşı deyil. Belə getsə ziyana düşəcəyəm.”

Bir alıcı isə deyir ki, həyətyanı sahədə özünə lazım olan kənd təsərrüfatı məhsulları əkib:

“Ərzaq, dərmanların qiyməti kəlləçarxa vurur ”

“Ehtiyacım yoxdur. Toyuq-cücə almağa gəlimişəm. Buraya ev quşlarını Cəlilabaddan gətirirlər. Onlar deyir ki, ev quşu saxlamaq gündən-günə çətinləşir. Buna görə bahaçılıqdır. Toyuğun bir ədədini 14-15 manat verirlər. Saxlamaq üçün cücə almışdım, hamsı qırıldı. Mən pensionerəm, kəndə yaşayıram. Təsərrüfatla məşğul olmasam vəziyyət pis olar. Ərzaq, dərmanların qiymti kəlləçarxa vurur. ”

Lənkəran rayonun Liman şəhər sakini Raqif Quliyev isə özünün hazırladığı kənd təsərrüfatı alətləri satır:

“Evimdə emalatxana var. 50-60 adda kənd təsərrüfatı alətləri hazırlayıram. Mağazalarda satılan kənd təsərrüfatı alətləri əkinçiləri qane etmir. Elə alətlər var ki, satışda yoxdur, mən də isə var. Ailəm 5 nəfərdən ibarətdir. Dolanırıq. Əsası odur ki, başqasına əl açmırıq. İlin bu vaxtında kənd təsərrüfatı alətləri daha çox alınır. Elə də baha deyil. Bizim müştərilərimiz kənd adamlarıdır. Onlar da böyük imkana malik deyillər. Ucuz satırıq ki, ala bilsinlər…”

Bazarın köhnə paltar satılan hissəsində isə qızğın alver gedir…
Bazarda fermerlərin şikayətinə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə nə qədər qızıl ehtiyatı var?

Sonrakı məqalə

Metronun “8 Noyabr” stansiyası istifadəyə verilib –