Astarada içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq- "Azərsu”

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

“Azərsu” ASC-dən bildirilib ki, hazırda ASC-nin briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.

Əvvəlki məqalə

ABŞ dövlət katibi Blinken Kiyevə gəlib

Sonrakı məqalə

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar ödənilib