Astarada kişi həmkəndlisini güllələdi, sonra özünü vurdu

Astarada güllələnmə nəticəsində bir nəfər ölüb.

Astara rayon Şüvi kənd sakini 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib.

Sonra o özünü öldürmək məqsədilə baş nahiyyəsindən atəş açıb. B.İsrafilov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

Rusiya İstintaq Komitəsinin rəhbərinin sözləri Kadırovu qəzəbləndirdi

Sonrakı məqalə

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb