“Avrasiya İttifaqı SSRİ-nin bərpasını nəzərdə tutmur” –Baş nazirinin müavini Aleksey Overçuk

“Heç vaxt Sovet İttifaqının tərkibində olmamış dövlətlər də Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşula biləcəklər”.

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Nur-Sultanda keçirilən “Qazaxıstan və Rusiya. Aİİ çərçivəsində əməkdaşlığın aktual istiqamətləri” adlı konfransda bildirib.

Onun sözlərinə görə, Rusiya heç kəsi heç nəyə məcbur etmir və Aİİ yenidən sovetləşməni və SSRİ-nin bərpasını nəzərdə tutmur.

Overçuk izah edib ki, Aİİ inteqrasiya birliyidir və onun əsas məqsədi Avrasiyada üzvlərinin müstəqilliyinə hörmət əsasında ahəngdar iqtisadi əlaqələr yaratmaqdır: “Ona görə də nə vaxtsa SSRİ-nin tərkibində olmamış dövlətlərin Aİİ-yə üzv olacağına təəccüblənmək olmaz”.

Əvvəlki məqalə

“Hikmət Hacıyev Vaşinqtonda vacib görüşlər keçirib”

Sonrakı məqalə

Bir dələduz 470 alimi Şuşaya konfransa aparmaq adı ilə aldadıb