Avropa İttifaqı Gürcüstanın təşkilata qəbulu prosesini dayandırdı

Avropa İttifaqı Gürcüstanın təşkilata qəbulu prosesini dayandırmaq qərarı verib.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.

“Təəssüflə bildirirəm ki, Aİ liderləri Gürcüstanın Avropa İttifaqına üzvlüyü prosesini dayandırmaq barədə razılığa gəliblər”, – Qerçinski bildirib.

Səfir həmçinin qeyd edib ki, Gürcüstanın Aİ-nin növbəti genişlənmə dalğasına daxil olub-olmayacağı hələlik bəlli deyil.

Azpost.info

Əvvəlki məqalə

Kimlərə ayda 345 manat ödəniləcək?

Sonrakı məqalə

Ukraynadakı müharibədə döyüşən bütün hindlilər geri qaytarılacaq