Azərbaycan Elm Assosiasiyası ingilis dilində mövcud olan ''Pandemiya'' lügətini Azərbaycan dilinə tərcümə edərək oxuculara təqdim edib. Assosiasiyası əməkdaşları Aysu Məcidli və Sevda Aydın tərəfindən tərcümə və redaktə edilən lügətdə COVID-19 pandemiyasının əsas cəhətlərini ehtiva edən ifadələrin öz dilimizdə qarşılığı və izahı verilib. Lügəti Azərbaycan Elm Assosiasiyası saytından əldə edə bilərsiniz - https://azescience.org/pandemiya-lugeti/